Sep 13

Azərbaycan və Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə olunub - FOTO

Azərbaycan və Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə olunub.

Mozalan.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub.

11-14 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova Respublikasının Təcili Tibbi Yardım İnstitutunda, Tibbi Təlim üzrə Simulyasiya Mərkəzində, “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasında, Təcili və Xəstəxanayaqədər Tibbi Yardım üzrə Milli Mərkəzdə yaradılan şəraitlə, görülən işlərlə yaxından tanışlıq olub.

Tibb müəssisələrinin rəhbər heyəti və əməkdaşları ilə birgə keçirilən görüşlərdə tibb müəssisələrinin idarə olunması, təcili tibbi yardımın gücləndirilməsi, icbari tibbi sığorta sisteminin tətbiqi imkanlarının genişləndirilməsi, simulyasiya mərkəzlərinin formalaşdırılması, tibb personalı arasında qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə edilib.

Bənzər xəbərlər

Gündəm

0.12544512748718