Sankt-Peterburqda 20-ci əsrin əvvəllərinə aid 40-dan çox insan sümüyü aşkar edilib
Rusiyanın Sankt-Peterburq şəhərinin “Dubki parkı”nda abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Materiallar ekspertizaya göndərilib.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Şəhərin kurort rayonundakı “Dubki parkı” ərazisində aparılan abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Bu fakt əsasında Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin Kurort rayonlararası istintaq şöbəsi tərəfindən təhqiqatqabağı yoxlama təşkil edilib və aparılır”, - deyə məlumatda bildirilib.
Mətbuat xidmətindən onu da əlavə ediblər ki, müstəntiqlər məhkəmə-tibb ekspertizasının mütəxəssisinin iştirakı ilə hadisə yerinə və aşkar edilmiş insan sümüklərinə baxış keçirib. Təxmini dəfn vaxtı 20-ci əsrin əvvəlləridir.
Mənbə: TASS