Liviyada sel fəlakətində ölənlərin sayı beş mini ötdü - YENİLƏNİB + VİDEO
Liviyanın şərqində təsirli olan “Daniel” fırtınasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı təkcə Dərnədə 5 min 200-ü keçib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, itkin düşənlərin sayı artıq 10 minə çatıb.
Sahilyanı Suse şəhərində 50 ailənin itdiyi bildirilib.
17:28
Liviyanın şimal-şərq bölgələrini vuran leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 3 minə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Bundan başqa 10 minə yaxın insan itkin düşüb. Bu səbəbdən yaxın günlərdə qurbanların sayının dəfələrlə artacağı ehtimal edilir.
Xatırladaq ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.
Mənbə: Al Jazeera