Sağlamlıq haqqında arayışın ödənişli olması narazılıq doğurdu - VİDEO
Peşə, orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən, yeni işə qəbul olunanlardan və digər hallar üzrə vətəndaşlardan sağlamlıq haqqında arayış tələb olunur.
Bir müddət əvvələdək ödənişsiz olan bu arayışı əldə etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə vətəndaşlar artıq rüsum ödəyirlər.
Rüsumun məbləği isə 40 manat 12 qəpikdir.
Bəzi vətəndaşlar bu məbləğin yüksək olmasından və illərdir ödənişsiz aldıqları arayış üçün hazırda pul ödənilməsindən narazıdırlar.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: