Özbəkistan XİN Qarabağda keçirilmiş “seçkiləri” tanımadığını bəyan edib - FOTO
Özbəkistan növbəti dəfə rəsmi şəkildə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağda keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkədə hesabındakı paylaşımda qeyd olunur.
“Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır”, - paylaşımda qeyd edilib.
The Republic of #Uzbekistan strongly supports the sovereignty and territorial integrity of the friendly Republic of #Azerbaijan, condemns any interference in its internal affairs, and does not recognize the so-called presidential elections in #Karabakh held on September 9, 2023.
— Uzbekistan MFA (@uzbekmfa) September 11, 2023