Qala sakinini elektrik cərəyanı vurub
Bakının Xəzər rayonunda 27 yaşlı şəxsi elektrik cərəyanı vurub.
“Report”un məlumatına görə, Qala qəsəbəsində 1996-cı il təvəllüdlü Bəymurad Bəylər oğlu Abdullayev elektrik naqili ilə işləyərkən onu cərəyan vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.