Gürcüstanda tələbə adını qazanan azərbaycanlı gənclərin sayı artır - VİDEO
Qonşu Gürcüstanda tələbə adını qazanan azərbaycanlı gənclərin sayı ilbəil artır. Əgər ötən il imtahanlara 2 138 nəfər qatılmışdısa, bu il bu rəqəm 2573 olub. Onlardan da 1657-si keçid balını toplamağı bacarıb.
Xezerxeber.az-ın məlumatına görə, İlahə Abdullayeva da Gürcüstanda keçirilən qəbul imtahanında yüksək bal toplayan soydaşımızdır.
Saqareco rayonunun Ləmbəlli kəndindən olan İlahə başqa bir dövlətdə universitetlərə qəbul üçün imtahan verməyin çətin olmadığını deyir.
Bahar İsayeva da bu il Gürcüstanda tələbə adını qazanan gənclərimizdəndir. O, məqsədinə 69 bal toplayaraq çatıb.
Müsbət nəticələrin çox olması Gürcüstanın dövlət universitetlərində Azərbaycan dilində imtahan verən tələbələr üçün nəzərdə tutulmuş yerlərin artırılması məsələsini gündəmə gətirib.
Suxumi Dövlət Universitetinin departament rəhbəri İndira Dzaqaniya bu il 100-ə yaxın azərbaycanlı gəncin sözügedən ali təhsil ocağına qəbul olduğunu deyib.
Qeyd edək ki, Gürcüstanda Azərbaycan dilində ümumi qabiliyyət imtahanı verərək universitetə qəbul olan soydaşlarımız burada 1 il gürcü dilindən hazırlıq kursu keçirlər. Bundan sonra isə təhsillərini seçdikləri fakültədə davam etdirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: