İstanbulda qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq olunub - FOTO
Türkiyənin İstanbul vilayətinin səlahiyyətliləri qasırğa ilə bağlı yerli əhaliyə xəbərdarlıq ediblər. Bu barədə regionun administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verilib. İstanbulda təbii fəlakətin pik nöqtəsi 10 sentyabr bazar günü gözlənilir. Şəhərin valisi Davud Gül insanları ehtiyatlı olmağa çağırıb.
Sinoptiklər bazar günü günortadan sonra Mərmərə dənizi bölgəsinin 50-75 km/s çatan fırtınalı şimal və şimal-şərq küləyinin təsiri altına düçəcəyini proqnozlaşdırırlar.
Lütfen dikkat!#İstanbul#Fırtına https://t.co/IMob6hG7xt
— Davut GÜL (@gul_davut) September 9, 2023
Mənbə: news.ru