Sep 10

Mərakeşdə üç günlük matəm elan olunub

Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar üç günlük matəm elan olunub.

Bu barədə Mərakeş kralı VI Məhəmməd göstəriş verib.

Qeyd olunur ki, Mərakeşdə zəlzələ qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 3 gün ərzində ölkə ərazisində bayraqlar yarıya qədər endiriləcək.

Xatırladaq ki, Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 037-yə çatıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.10434508323669