Sep 09

Türkiyə XİN Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçki ilə bağlı bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma seçki haqqında bəyanat yayıb.

Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.

“Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən “seçki” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkini sülh danışıqlarını baltalamağa istiqamətlənmiş addım kimi qiymətləndirir və pisləyirik.

Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozan bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkini tanımamağa çağırırıq.

Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır”, - deyə bəyanatda bildirilib.

Bənzər xəbərlər

Gündəm

0.076598167419434