Sep 09

NASA-nın Ay missiyasını işə salmağa imkanı çatmır

ABŞ-nin Artemis Ay proqramı çərçivəsində uçuşlar üçün hazırlanmış Amerikanın ağır daşıyıcı aparat “Space Launch System”in (SLS) buraxılış proqramı ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “cibinə görə” deyil.

Bu barədə ABŞ Hökumətinin Hesabat Palatası məlumat yayıb.

"NASA rəsmiləri Hesabat Palatasına hazırkı xərclər səviyyəsində SLS buraxılış proqramının “qaldırılmaz bir yük” olduğu barədə məruzə ediblər”, - deyə veb-saytda qeyd edilir.

Federal agentlik, həmçinin gələcəkdə həyata keçiriləcək missiyalar üçün xərclərin izlənməsində şəffaflığın olmadığını və buna görə də NASA və Konqres üçün onlara nəzarət etməyin daha çətin olduğunu qeyd edib.

Hesabat palatasının məlumatına görə SLS proqramının əməkdaşları gələcək missiyalar üçün qənaət planları hazırlayıblar, lakin bu cür strategiyaların effektivliyini müəyyən etmək hələ tezdir. Xüsusilə, NASA maliyyə risklərini hökumətdən podratçılara ötürən müqavilə növlərindən istifadə etməyi planlaşdırır.

Hesabat palatasının aprel ayı üzrə hesabatında qeyd olunur ki, NASA kosmosa pilotlu uçuş proqramlarının uzunmüddətli xərcləri və əlverişliliyi ilə bağlı şəffaflığı artırmalı, həmçinin raketlərin buraxılışı üçün dəqiq bir cədvəl yaratmalıdır. 2024-cü maliyyə ili üçün (2023-cü ilin oktyabr ayından 30 sentyabr 2024-cü ilə qədər) NASA artıq xərclənmiş 11,8 milyard dollara əlavə olaraq 2028-ci ilə qədər SLS proqramının maliyyələşdirilməsi üçün 11,2 milyard dollar istəyib.

Mənbə: ТАSS

Bənzər xəbərlər

Gündəm

0.027503967285156