Bakı şəhərində parklanma ərazisi zəbt edilib
Bakı şəhərində parklanma ərazisi zəbt edilib.
Mozalan.az-ın məlumatına görə, Nəsimi rayonu Dilarə Əliyeva küçəsində maşınların parklanması üçün yaradılan ərazinin bir hissəsi çayxanaya çevrilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Mozalan.az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə müvafiq qurumlarla birgə baxış keçirilib:
“Sahibkara xəbərdarlıq edilib. Parklanma ərazisini qanunsuz zəbt edənlərə qarşı İnzibati Xətalar Məcəlləsinin 354.0.4 maddəsi ilə 100 manat məbləğində cərimə tətbiq edilib”.
T.Orucov əlavə edib ki, qanunsuzluq aradan qaldırılıb.
İlhamə Əbülfət