Afrika İttifaqı G20-yə gələn il qoşulacaq
Afrika İttifaqının (Aİ) İyirmilik Qrupuna (G20) üzvlüyü yalnız 2024-cü ildə, G20-yə sədrlik Hindistandan Braziliyaya keçdikdə yekunlaşacaq.
Məlumata görə, G20 iştirakçılarından heç biri bu qərara etiraz etməyib.
Aİ-nin “dəvət olunmuş beynəlxalq təşkilat” statusu alacağı bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı da oxşar statusa malikdir və o, hazırda G20-yə üzv olan yeganə regional blok olaraq qalır.
Mənbə: TASS