Sep 07

Davada xəsarət alan hərbçi xəstəxanada vəfat etdi

Bir neçə gün əvvəl Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş vermiş xəsarət alan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Orxan İlham oğlu Əlizadə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, başından ağır xəsarətlər alıb tibb müəssisəsinə yerləşdirilən hərbçi ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisə O.Əlizadənin dostu ilə Saloğlu qəsəbə sakini Baloğlan Abdul oğlu Bukavadzenin idarə etdikləri avtomobillərlə bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. O.Əlizadə yıxılarkən başı qaz borusuna dəyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.028281927108765