Tehranda ləğv edilmiş bankın əmanətçiləri etiraz aksiyası keçirdilər - VİDEO
Tehranda ləğv edilmiş “Saminul-Höcəc” əmanət bankının əmanətçiləri İran Mərkəzi Bankının önündə etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Narazı əmanətçilər bildiriblər ki, bank yeddi il əvvəl ləğv edilsə də, bugünədək onların pulları geri qaytarılmır və dəfələrlə etiraza qalxsalar da, dövlət televiziyası bunu işıqlandırmır.