Zelenski Ukraynanın müdafiə naziri postuna Rüstəm Umerovu təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.
Bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.