Sep 02

Güneyli fəala ağır həbs və sürgün cəzası verildi - FOTO

Güney azərbaycanlı fəal Ramin Qaşqayi Qorbaçi Qəzvin şəhər İnqilab Məhkəməsi tərəfindən həbs və sürgün cəzalarına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Məlumata görə, o, altı il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən sonra isə iki il müddətinə Sistan və Bəlucistan əyalətinə sürgünə göndəriləcək.

Milli fəal hökumət əleyhinə təbliğatda və ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaqda ittiham edilib.

 

Bənzər xəbərlər

Gündəm

0.098602056503296