Sep 02

Honq-Konqda yeni qasırğa xəbərdarlığı

2018-ci ildən bəri ilk dəfə olaraq Honq-Konq hakimiyyəti “Saola” superqasırğası səbəbindən fırtına xəbərdarlığının ən yüksək səviyyəsini - T10 xəbərdarlığı yayıblar. Şəhərin meteoroloji rəsədxanasının məlumatına görə, o, Honq-Konq sahilinin 40 km cənubunda baş verəcək.

"Bu o deməkdir ki, şəhərdə 118 km/saat (32,7 m/s) və daha yüksək küləyin əsəcəyi gözlənilir", - məlumatda deyilir.

Hazırda superqasırğanın mərkəzi şəhərdən 60 km aralıda yerləşir. "Saolanın trayektoriyasının hazırkı proqnozuna əsasən, o, Honq-Konq Rəsədxanasından 40 km cənubdan keçəcək", - deyə, sənəddə deyilir.

Daha əvvəl Honq-Konq hakimiyyəti 1400 polis və 300 yanğınsöndürəni yüksək hazırlıq vəziyyətinə gətirib. Şəhərdə 29 müvəqqəti sığınacaq yerləşdirilib. Şəhərin meteoroloji rəsədxanası 2018-ci ildə Mangkhut qasırğasının şəhəri vurduğu vaxtdan bəri suyun səviyyəsinin və küləyin şiddətinin ən yüksək həddə çata biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hakimiyyət sentyabrın 1-də məktəblərdə dərsləri ləğv edib və sakinləri xüsusi zərurət olmadıqca evlərini tərk etməməyə çağırıb. Şəhərdə həmçinin 325 dəmir yolu reysi və 90-dan çox aviareys təxirə salınıb. Honq Konq fond birjası da fırtına xəbərdarlığı səbəbindən ticarəti dayandırıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.057485103607178