Almaniyada naməlum şəxs ukraynalı uşağı körpüdən atdı
Almaniyanın Aynbek şəhərində naməlum şəxs küçədə oynayan ukraynalı uşaqlara hücum edib. Kişi onlardan rus dilində danışmalarını tələb edib.
Məlumata görə, kişi müharibəni Ukraynanın başlatdığını deyib və qız uşaqlarından birinin saçından möhkəm dartıb. Daha sonra o, uşaqlardan birini, 10 yaşlı oğlanı tutaraq körpüdən kanala atıb. Uşaq dəmir tirlərə dəyib və təxminən iki metr hündürlükdən suyun içinə yıxılaraq uzanıqlı vəziyyətdə qalıb.
Bəzi məlumatlara görə, kişi daha sonra uşağa doğru şüşə butulka da atıb. Bundan sonra “rus dilinin müdafiəçisi” gedib.
Körpüdən atılan uşaq başından və ayağından yüngül xəsarətlər alıb. Digər uşaqlar ona kanaldan çıxmağa kömək ediblər.
Evə gələn uşaq ona olunan hücum barədə atasına danışıb. Atası polisə və təcili yardıma müraciət edib. Polis, şahidlərin dediyinə görə, mavi köynək, cins şort və mavi beysbol papağı geyinmiş 40-45 yaşlarında hücum edən şəxsi axtarır.
Mənbə: Newsru.co.il