“Ramşteyn” formatında Ukrayna üzrə təmas qrupunun növbəti görüşü sentyabda keçiriləcək
Ukraynaya hərbi yardım üzrə təmas qrupunun “Ramşteyn” formatında beşinci iclası sentyabrın 19-da Almaniyanın “Ramşteyn” aviabazasında keçiriləcək.
Məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunu Reynland-Pfalts federal əyalətindəki Ramşteyn Hərbi Hava Qüvvələri bazasında növbəti görüşə dəvət edib. Əvvəlki görüşlərdə olduğu kimi, NATO üzvü olmayan ölkələr də dəvət olunur.
Qeyd edək ki, təmas qrupunun qeyri-rəsmi adı 2022-ci ilin aprelində Kiyevə hərbi yardımla bağlı ilk iclasın keçirildiyi Almaniyadakı Amerikanın “Ramşteyn” aviabazası ilə bağlıdır. Bundan əvvəlki görüş iyulun 18-də onlayn formatda baş tutub.
Mənbə: TASS