Aug 31

Lavrov: “Yaxın vaxtlarda Putin və Ərdoğanın iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək”

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə növbəti qeyri-rəsmi sammit yaxın vaxtlarda baş tutacaq. Liderlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.

Bunu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında məlumat verib.

“Biz ikitərəfli münasibətlərin dinamik inkişafını qeyd etdik. Son vaxtlar müntəzəm təmasda olan prezidentlər Putin və Ərdoğan arasında ilk növbədə ən yüksək səviyyədə intensiv, etimada əsaslanan siyasi dialoq davam edir. Bir neçə telefon danışıqları, üzbəüz görüşlər olub və yaxın gələcəkdə tərəfdaşlığımızın bütün sahələrinin nəzərdən keçiriləcəyi daha bir qeyri-rəsmi sammitin təşkili planlaşdırılır”, - deyə o bildirib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028271913528442