Aug 29

Priqojinin müttəfiqi hesab edilən və işindən uzaqlaşdırılan rusiyalı general “yoxa çıxdı” - FOTO

Bir müddət əvvəl Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən uzaqlaşdırılan Rusiya Silahlı Qüvvələrinin generalı Sergey Surovikin uzun müddətdir ailəsi ilə əlaqə saxlamır.

Surovikinin ailəsinə sonuncu zəngi iyunun 26-da olub və o gündən sonra da əlaqə kəsilib.

Bu barədə “Exo-Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov məlumat verib.

“O, nə arvadının ad günündə, nə qızının 20 yaşında, nə də bir neçə gün əvvəl olan anasının ad günündə zəng etmədi. Onların ailəsində bu, qəbuledilən hal deyil. General həmişə əlaqə saxlayırdı, hətta Suriyadan belə zəng edib təbrik edirdi. İndi isə xəbər yoxdur”, - deyə jurnalist bildirib.

Aleksey Venediktov həmçinin onu da qeyd edib ki, Surovikinin istefası barədə onun ailəsinə telefonla məlumat verilib.

Bütün bunlar da rusiyalı generalın sağ olub-olmaması ilə bağlı da şübhələr doğurub.

Xatırladaq ki, bir müddət əvvəl “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin müttəfiqi hesab edilən və Rusiyanın Ukraynadakı birləşmiş qüvvələrinə rəhbərlik edən rusiyalı general Sergey Surovikin rəhbərlik mövqeyindən uzaqlaşdırılmış və onun ev dustaqlığında olduğu bildirilmişdi.

Mənbə: UNİAN “Telegram”  

Bənzər xəbərlər

Gündəm

0.028875827789307