Aug 27

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib - FAKTİKİ HAVA + YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun verdiyi məlumata görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 21 dərəcə isti müşahidə olunur.

12:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə 24, Qaxda 33, Şəkidə 23, Tərtərdə 13, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 millimetrədək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 35, aran rayonlarında 31, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Bənzər xəbərlər

Gündəm

0.028671026229858