Mask ABŞ Ədliyyə Nazirliyinə səsləndi - FOTO
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ Ədliyyə Nazirliyinə özü-özünü məhkəməyə verməyi məsləhət görüb.
İş adamı bu çağırışı qurumun işə qəbul zamanı qaçqınlara münasibətdə ayrı-seçkiliyə görə “SpaceX”ə qarşı qaldırdığı iddia fonunda edib.
“ABŞ Ədliyyə Nazirliyi özü-özünü məhkəməyə verməlidir. Mən artıq özümlə bacarmıram, nə qədər də gülməlidi... və nə qədər də ironiya var” – “X” sosial şəbəkəsində yazıb.
DOJ needs to sue themselves! https://t.co/TuugrdtYut
— Elon Musk (@elonmusk) August 26, 2023