Rusiyada şəlalənin kənarında selfi çəkən turist yıxılaraq ölüb
Rusiyanın Pyatiqorsk şəhərindən olan turist İnquşetiya dağlarında yerləşən şəlalənin yaxınlığında yıxılaraq həyatını itirib.
Bu barədə İnquşetiya Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Lyajginski şəlaləsinin kənarında selfi çəkən pyatiqorsklu turist yıxılaraq ölüb”, - məlumatda qeyd olunur.
Hökumət qurumlarına turistin yıxılması haqqında məlumatı yerli sakinlərdən biri verib.
Mənbə: TASS