Trampdan maraqlı açıqlama: “Elə bildilər, Rusiyaya qaçıb qızıl günbəzli otağı Vladimirlə bölüşəcəyəm” - FOTO
ABŞ-nin keçmiş prezidenti Donald Tramp maraqlı açıqlama verib.
Trampın sözlərinə görə, seçkiyə müdaxilə iddiası ilə bağlı ona 200 min dollar girov təyin edən Atlantanın Fulton dairəsinin prokuroru Feni Uillis onun Rusiyaya qaça biləcəyindən ehtiyat edib. Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Məncə, ona elə gəlib ki, mən çox-çox uzaqlara, bəlkə də, Rusiyaya uçub gedəcəyəm və qızıl günbəzin altındakı otağı Vladimirlə bölüşəcəyəm. Və məni bir daha heç kim görməyəcək və eşitməyəcək”, - deyə o zarafat edib.
Lakin söhbətin hansı Vladimirdən getdiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Donald Tramp Corciyada seçkilərə müdaxilə ilə bağlı təhqiqat çərçivəsində 200 min dollar girov müqabilində sərbəst buraxılacaq.
Mənbə: Lenta.ru