Aug 22

Bu gün Bakıdan yola salınan 23 ailə Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.

APA xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.

08:45

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb.

“Report” xəbər verir ki, bu gün daha 89 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Füzuli şəhərinə 247 nəfərdən ibarət 70 ailə Füzuli şəhərinə köçüb.

Bənzər xəbərlər

Gündəm

0.022174119949341