Aug 21

Qvatemalanın keçmiş prezidentinin oğlu dövlət başçısı oldu

Qvatemalada keçirilən prezident seçkisinin ikinci turunda Bernardo Arevalo qalib gəlib.

Ölkənin ən yüksək seçki məhkəməsinin bəyanatında deyilir ki, protokolların 96%-ni işlədikdən sonra səslərin 59%-ni (2.385.374) B.Arevalonun qazandığı məlum olub.

Qvatemalanın hazırkı prezidenti Alixandro Cammattei artıq B.Arevalonu qələbə münasibətilə “X” sosial şəbəkəsində təbrik edib.

Xatırladaq ki, B.Arevalo 1945-1951-ci illərdə Qvatemalaya rəhbərlik etmiş Xuan Xose Arevalonun oğludur.

Mənbə: Prensa Libre

Bənzər xəbərlər

Gündəm

0.026489973068237