Aug 20

Hacıqabulda 43 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirilib

Hacıqabulda 43 yaşlı kişi qətlə yetirilib.

APA-nın  məlumatına görə, hadisə “Xilə” məscidinin yaxınlığında baş verib.

Şəhər sakini, 1980-ci il təvəllüdlü Rəhman Əzizağa oğlu Qoçəliyev mübahisə zəminidə qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılan R.Qoçəliyev əməliyyata götürülən zaman keçinib.

Faktla bağlı Hacıqabul Prokuroluğunda araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.027441024780273