İranda Azərbaycan bayrağına görə həbs edilən Şərur sakinləri sərbəst buraxılıblar
Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.
Bu barədə “Report” Naxçıvan bürosuna onların ataları məlumat verib.
Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov ötən gün beş ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıblar.
Həmin şəxslər artıq Vətənə qayıdıblar.