Kanadalı reper konsertində pərəstişkarına minlərlə dollarlıq çanta hədiyyə etdi - VİDEO
Kanadalı reper və prodüser Dreyk pərəstişkarına lüks brenddən dəbdəbəli hədiyyə verib.
36 yaşlı ifaçı ABŞ-nin Los-Anceles şəhərində konserti zamanı səhnəyə çəhrayı “Hermes Birkin” çantası ilə çıxıb. Konsertdən yayımlanan kadrlarda Dreykin çantanı fan-zonanın ön cərgəsində dayanan fanata necə təqdim etdiyi əks olunub.
“Dreyk xəsis deyil. Əmin olun ki, mühafizə ona burdan çıxmaqda yardım etsin”, - deyə o qeyd edib.
Məlumdur ki, “Birkin” brendinin bu çanta modelinin təkrar satış platformalarında qiyməti 30 min dollara (51 000 manat - red.) çatır.
Mənbə: “Page Six”