Dəhşətli faciə ilə üzləşən iki azyaşlının yardımınıza ehtiyacı var - FOTO
İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.
Bu barədə Mozalan.az-a Rafiq Məmmədli məlumat verib.
O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarəti alıb:
“Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su dolu qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarəti alıb. Biz onları təcili yardım maşını ilə Bakıya gətirdik. Bakıda xəstəxanalardan birində 17 gün qaldıq. Onun 8 günü reanimasiyada keçib. Daha sonra xəstəxana xərclərimizi ödəyə bilmədiyimiz üçün oradan öz ərizəmizlə ayrıldıq. Özüm avtoyuma məntəqəsində işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım evdar qadındır. Hadisə baş verən zaman iş yerimdən bir neçə ayın maaşını əvvəldən aldığım üçün indi daha da çətin vəziyyətdəyik. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Həkimin yazdığı dərmanları ala bilmək və hər iki oğluma masajları etdirə bilmək üçün 3000 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə yardım göstərmələrini xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 571-32-62 (Rafiq Məmmədli)