Aug 18

Alimlər elektron siqaretlərin yeni təhlükələrini müəyyən ediblər

Amerikalı alimlər aşkar ediblər ki, siqaret çəkən gənclərdə bronxit və təngnəfəslik riski artır.

Tədqiqatda 2014-2018-ci illər arasında orta yaşı 17 olan 2000-dən çox tələbənin məlumatları araşdırılıb. İştirakçılardan tütün istifadəsi və tənəffüs simptomları haqqında dörd dalğada müsahibə alınıb. Hər dalğada ən çox qeydə alınan simptom bronxitin təzahürləri olub. Tədqiqat iştirakçılarında ardıcıl üç ay ərzində gündəlik öskürək, eləcə də soyuqdəymə ilə müşayiət olunmayan maye yığılması qeydə alınıb.

Son 30 gündə elektron siqaret çəkənlər arasında xırıltı yaranma ehtimalı heç vaxt çəkməyənlərə nisbətən 81% daha yüksək olub. Bronxit əlamətlərinin yaşanma riskinin iki dəfə, nəfəs darlığı riskinin isə 78% yüksək olduğu aşkarlanıb.

Mənbə: izvestiya

Bənzər xəbərlər

Gündəm

0.027279853820801