Yakuboviç "Pole Çudes"dən ayrılıb-ayrılmayacağına aydınlıq gətirdi
Oktyabrın 25-də əvəzolunmaz "Pole Çudes" kapital-şousunun Rusiyanın Birinci kanalında yayımlanmasının 35 ili tamam olur. 1991-ci ildən proqramı Leonid Yakuboviç aparır və o vaxtdan layihənin əvəzsiz simasına çevrilib.
Mozalan.az xəbər verir ki, Yakuboviç layihədən nə vaxt ayrılacağından və təqaüdə çıxacağından "Abzats"a müsahibəsində danışıb.
"Heç yerə getmək niyyətində deyiləm. Mən sonadək proqramda qalacağam. Nə qədər davam edəcəksə, o qədər də orada olacağam".
O bildirib ki, layihədə özünə layiq varis görmür.
Qeyd edək ki, "Pole Çudes"in ilk aparıcısı mərhum Vladislav Listyev olub. Sonra tamaşaçılara Leonid Yakuboviçi təqdim edib. Aparıcı həftənin hər cümə günü tamaşaçıların görüşünə gəlir.
2014-cü ildə "Ostankino" telemərkəzində kapital-şou muzeyi açılıb. Muzeyin direktoru Valeri Pereverzev bildirib ki, mükafatların təqdim edildiyi ilk qara qutu muzeyin ən dəyərli eksponatıdır.(oxu.az)



















































