Aug 17

İmkansızlıqdan qızımın yarasını bağlamağa bint ala bilmirik: Zülfiyyənin sizin köməyinizə ehtiyacı var - FOTO

2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.

Bu barədə Mozalan.az-a anası Şamama Rüstəmova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz Ağdamda yaşayırıq. Hadisə 15 may tarixində baş verib. Belə ki, süfrədəki içi qaynar su dolu çaydan qızım Zülfiyyənin üzərinə dağılıb. Qızım bir neçə müddət Ağdamda müalicə alsa da xeyri olmadı. Onu Bakıya gətirmək məcburiyyətində qaldıq. Qızım Bakıdakı xəstəxanalardan birində müalicə aldı. 15 gün reanimasiyada qalan Zülfiyyə bir dəfə əməliyyat olundu. Maddi imkanımız olmadığı üçün tanıdığımız insanlardan borc alıb qızımın əməliyyat və müalicə xərclərini ödədik. Hazırda isə çox çətin vəziyyətlə üzləşmişik. İmkansızlıqdan Zülfiyyənin yaralarını bağlamaq üçün bint də ala bilmirik. İmkanlı şəxslərdən xahiş edirik ki, bizi bu günümüzdə tək qoymasınlar. Qızım Zülfiyyənin müalicəsi üçün 800 manatı toplamaqda bizə köməklik göstərsinlər”.

Əlaqə nömrəsi: (050) 899-29-97 (Şamama Rüstəmova)

Bənzər xəbərlər

Gündəm

0.028002977371216