Aug 16

Bakıda qəzada piyada ölüb - FOTO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota Prius” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Nəticədə şəxsiyyəti hələlik məlum olmayan kişi hadisə yerində ölüb.

Avtoqəzanın qeydə alındığı əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisəni törədən minik vasitəsinin sürücüsü saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.024281978607178