Aug 15

Goranboyda avtomobillər toqquşdu, xəsarət alanlar var

Goranboy rayonunun Səfikürd kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 və “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Adıgözəlova və onun həyat yoldaşı xəsarət alıb. Hadisə zamanı avtomobildə onların iki övladı da olub və onlar xəsarət almayıblar.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.020596981048584