Aug 12

14 yaşlı Firuzənin anası fəryad edir: “Müalicələr üçün dəstəyə ehtiyacımız var” - FOTO/VİDEO

14 yaşlı Firuzənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Nurlana Hacıyeva məlumat yayıb.

O bildirib ki, övladı vərəm mənşəli meninqoensefalitdən sonra ikincili serebral iflic xəstəliyindən əziyyət çəkir.

“Firuzənin yeddi yaşı olanda hərarəti yüksəldi, xəstəxanaya yerləşdirdik. Müxtəlif müayinələr və analizlər etdirsək də, övladıma diaqnoz qoya bilmədilər. Daha sonra onurğa beynindən analiz götürüldü və məlum oldu ki, beyində vərəm mənşəli infeksiya var. Firuzənin vəziyyəti get-gedə ağırlaşdı. Dəfələrlə komaya düşdü, vəziyyəti ağırlaşdı. Yavaş-yavaş danışıq, yerimə, hərəkət etmə bacarıqlarını itirdi”.

Nurlana Hacıyeva Firuzənin müalicəsi üçün Türkiyəyə yollandıqlarını deyib.

“Buraya gələndən bir az irəliləyiş var. Əvvəl ayaq üstə 50-60 saniyə dayana bilirdisə, indi bu 200-250 saniyəyə qədər artıb. Ayaqlarını yerə basa bilir. Həkimlər daha beş ay burada qalıb reabilitasiya keçməyimizi məsləhət görürlər. Burada bir aylıq müalicə üçün 5 000 dollara ehtiyacımız olur. Bir müddət sonra isə səkkiz dəfə kök hüceyrə köçürülməlidir. Bunun birinin qiyməti isə 3 500 dollardır. İnanın mənə, Firuzənin sağalması üçün hər şeyimdən keçmişəm, evimi, pula dəyən, demək olar, hər şeyimi satmışam. Yardımsevər şəxslərdən bizə bu yolda dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 630-48-82 (“WhatsApp”).

Bənzər xəbərlər

Gündəm

0.032211065292358