11 yaşlı Əsmanın müalicəsi üçün 300 manata ehtiyacı var - FOTO
11 yaşlı Əsma böyrək çatışmazlığından əziyyət çəkir.
Bu barədə Mozalan.az-a onun anası İlahə Abbaszadə məlumat yayıb.
O bildirib ki, övladı iki yaşından bu xəstəlikdən əziyyət çəkir.
“Əsmanın iki yaşı olanda tez-tez altına qaçırırdı. İlk dövrlər uşaq olduğu üçün normal qəbul edirdim. Həkim müayinəsi zamanı isə övladımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. O gündən müalicələr alsa da, hazırda ona böyrək köçürülməlidir. Qızımın donoru atası olacaq. Amma onun vəziyyəti yaxşı olmadığı üçün həkimlər hazırda müalicə almalı olduğunu deyirlər”.
İlahə Abbaszadə bildirib ki, övladının müalicəsi üçün hazırda 300 manata ehtiyacı var.
“Əsma tez-tez altına qaçırdığı üçün məktəbə getməkdən utanır, dərslərindən, yaşıdlarından çox geri qalır. Çox utanır, özünə qapanıb. 300 manat, bəlkə də, çox az məbləğ kimi görünür, amma bizim üçün çox böyük, əlçatmaz məbləğdir hazırda. Qızımın müalicələrinin bitib əməliyyat olunacağı günü iplə çəkirəm. Yardımsevər şəxslərdən övladıma yardım etmələrini, dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 802-86-75.