Faktiki hava şəraiti açıqlanıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 09:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.
Havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından beş dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan Muxtar Respublikası (NMR) və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarına qədər davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.