Aug 09

Şabranda dənizdə bir nəfər batıb

Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bənzər xəbərlər

Gündəm

0.030254125595093