Aug 09

Bakı metrosunda gecikmə: Sərnişinlər “Ulduz” stansiyasında düşürüldülər - YENİLƏNİB

“Vaqonlarından birində nasazlıq ehtimalı olduğu üçün sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər”.

Bunu Mozalan.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, bildirib ki, nəticədə intervalda gecikmə yaranıb:

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər metronun “Ulduz” stansiyasında düşürülüblər. Qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib”.

08:38

Bakı metrosunda qatarların hərəkət qrafikində gecikmə olub. 

Mozalan.az xəbər verir ki, səhər saatlarında metronun “Koroğlu” stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Bu barədə sərnişinlərə metro bələdçisi məlumat verib.

Nasazlıq səbəbindən qatar metronun “Koroğlu” - “Ulduz” stansiyaları arasında 10 dəqiqədən çox tuneldə qalıb.

Sərnişin-maşinist rabitəsi ilə sərnişinlərə səslənən maşinist irəlidə stansiyada nasaz qatarın olduğunu bildirərək sərnişinləri səbirli olmağa çağırıb.

Könül Cəfərli

Bənzər xəbərlər

Gündəm

0.052834987640381