Astarada 31 yaşlı kişini avtomobil vurub
Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Astara rayonu ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.
Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.