Aug 06

Bakıda dəhşətli qəza: Hamilə qadın həlak oldu - YENİLƏNİB

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan 2001-ci il təvəllüdlü Güllü Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-nın müxbirinə Sabunçu Tibb Mərkəzindən bildirilib.

01:17

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

G.Mehdiyevanın vəziyyəti ağırdır.

Bənzər xəbərlər

Gündəm

0.029875040054321