Aug 05

Beş ildir xərçəngdən əziyyət çəkən qadın: “Səhhətim pisləşib, müalicə üçün min manata ehtiyacım var” - FOTO

35 yaşlı Gülnar Babayevanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun özü məlumat verib.

O bildirib ki, artıq beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir.

“Artıq beş ildir süd vəzi xərçəngindən əziyyət çəkirəm. Xəstəliyimin ilk günlərindən müalicələr etməyə başlasam da, artıq imkanım çatmır. Əvvəllər özüm işləyib müalicə ala bilirdim. İndi səhhətim pisləşib, halsızlaşıram deyə işləyə də bilmirəm. Müalicəm üçün lazım olan 2 300 manatın 1 300 manatını sizin saytın oxucularının dəstəyi ilə toplaya bilsək də, 1 000 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən mənə kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 486-07-19

Bənzər xəbərlər

Gündəm

0.028403043746948