Aug 04

“Baksol” yolunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunda quru otluq sahədə baş verən yanğın söndürülüb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Qeyd edilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

10:45

Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi - “Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.

Bənzər xəbərlər

Gündəm

0.027370929718018