56 yaşlı kişi uçurumdan yıxılaraq öldü
Gədəbəydə 56 yaşlı kişi uçurumdan yıxılaraq ölüb.
Qafqazinfo.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Tofiq Quliyev Pərvin Məmmədliyə məxsus fərdi yaşayış evinin həyətində ot biçərkən öz ehtiyatsızlığından uçurumun kənarından yıxılıb.
Təxminən 10 metr hündürlükdən yıxılan şəxs ölüb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.