Xaçmazda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
Xaçmaz rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Vadim Ucabəy oğlu Manafov rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.