Aug 01

Tullantıların qalaqlanaraq yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Qırıxlı, Ucar rayonunun Qarabörk kəndləri ərazisində, Şabran rayonunun Taxtakörpü su anbarında fəaliyyət göstərən “Xaçmaz ES” MMC-də, Goranboy rayonunun Boluslu kəndində yerləşən “Goranboy Elektronika”, “İdeal elektronik” mağazalarında yaranan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Göygöl rayon sakini Gülbahar Yusubova, Ucar rayon sakini Famil Cəfərov, “Xaçmaz ES” MMC-nin baş mühəndisi Şamil Bağırov, “Goranboy Elektronika” və “İdeal elektronik” mağazalarının iş icraçıları Bayram Məmmədov və Elnur Həsənov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

“ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı isə Lənkəran şəhəri Heydər Əliyev prospektində yerləşən “Su pərisi” və “Meduza” obyektlərinin fəaliyyəti zamanı əmələ gələn məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Faktlarla bağlı “Su pərisi” obyektinin sahibi Salam Axundov və “Meduza” obyektinin sahibi Günel Rzayeva barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

Bənzər xəbərlər

Gündəm

0.027969121932983