Aug 01

Gəncədə qəza: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.

Qəza zamanı “Chevrolet”nin sürücüsü, 1983-cü il təvəllüdlü Vaqif Tapdıq oğlu Rəhimov və onun övladı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.022840023040771